Rusiya-Ukrayna müharibəsi davam edir. SİA xəbər verir ki, ölkədə müharibə şəraiti sürdüyü üçün Ukrayna əsas limanlarından istifadə edə bilmir.
Bu səbəbdən Ukraynanın ixrac məhsulları Polşa sərhədində qatarlarda qalıb. Taxıl və bitki yağı kimi məhsullar daşıyan minlərlə vaqon logistik problemlər üzündən Polşa limanlarına daşına bilmir. Ukraynanın cənub limanları Moskva tərəfindən bağlanıb. Ukrayna isə ixrac olunacaq məhsulları avtomobil yolu ilə göndərməyin yolunu axtarır.
Dəniz nəqliyyatından baha başa gələn dəmir yolundan istifadə edən Ukrayna ixrac olunacaq məhsulları ilk olaraq Polşaya çatdırmağa çalışır. Lakin iki qonşu ölkənin dəmir yolu sistemləri arasındakı fərq ciddi problemlər yaradır.
Müəllif: Qönçə Quliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB