Zelenski diqqətəlayiq açıqlamalar verib

Rusiya və Ukrayna arasında bu həftə baş tutacaq sülh danışıqlarına saatlar qalmış Ukrayna prezidenti Volodimir Zelenski diqqətəlayiq açıqlamalar verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Zelenski əgər şərtlər yerinə yetirilərsə, Ukraynanın Rusiyanın neytrallığını elan etmək, NATO-dan imtina etmək və bir müddətdir basdırılan nüvə silahı istehsal etməmək kimi tələblərini təsdiqləyə biləcəyini deyib.

Zelenski rusiyalı jurnalistlərlə danışaraq deyib ki, Moskvanın Ukraynanın Avropa İttifaqı və NATO-ya qoşulmamaq tələbi müsbət qarşılana bilər.

Zelenskinin rusca danışdığı müsahibə Rusiya Müşahidə Şurası tərəfindən bloklanmağa çalışılıb. Zelenski məqsədinin müharibəni mümkün qədər tez bitirmək və Rusiya qüvvələrinin ələ keçirdikləri yerləri tərk etmələrini təmin etmək olduğunu vurğulayıb.

Ukrayna Prezidenti müsahibəsində Rusiyanın müharibənin üçüncü və ya dördüncü günündə asanlıqla Kiyevdə qalib gələcəyini düşündüyünü bildirib.

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə