Ukrayna Rusiya ordusunun 13 min 800 əsgərini itirdiyini açıqlayıb. SİA-nın Ukrayna Ordusunun Baş Qərargahına istinadən verdiyi məlumata görə, fevralın 24-dən martın 16-dək Rusiya ordusunun 13 min 800 əsgəri öldürülüb, 84 təyyarəsi, 108 helikopteri, 430 tankı, 1375 zirehli texnikası, 190 artilleriya qurğusu, 70 reaktiv yaylım atəşi sistemi və 43 hava hücumundan müdafiə sistemi məhv edilib. Rusiya qüvvələri həmçinin 819 maşın, 60 yanacaq maşını və 10 PUA-nı itirib.
Günay İsmayıllı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB