Ukraynanın "taleyi" Qərbi qətiyyən maraqlandırmır - MÜNASİBƏT BİLDİRİLDİ
"Rusiya Ukrayna müharibəsi əslində Rusiya ilə ABŞ-ın rəhbərlik etdiyi kollektiv Qərb arasında olan dünya nizamını yenidən müəyyənləşdirmək məqsədilə aparılan savaşdır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva bildirib.
Onun sözlərinə görə, soyuq müharibə dövründən bəri dövlətlərin supergüc olma yolunda istifadə etdikləri siyasi, iqtisadi, informasiya vasitələri artıq yetərsizdir: "Rusiya qarşı cəbhənin onun sərhədlərinin dibinə yaxınlaşdığını iddia edir. Soyuq müharibə dövründə keçmiş sovet dövlətləri NATO ilə Rusiya arasında bufer zona təşkil edirdi. Artıq bu zonada Şimal Alyansının hərbi qüvvələri yerləşdiyi üçün Kreml bunu öz milli təhlükəsizliyinə təhdid hesab edir. Politologiyada Hans Morgentaonun "Real politics" nəzəriyyəsinin əsas ideyası ondan ibarətdir ki, dövlətlər öz milli təhlükəsizliyini yalnış savaşaraq təmin edə bilərlər. Bu gün Moskva məhz həmin prizmadan yanaşaraq öz təhlükəsizliyini təmin etməyə çalışır.
Görünən odur ki, Qərb bu savaşda tərəf olmadan müharibəni bəhanə edərək iqtisadi sanksiyalarla Rusiyanın supergüc olma imkanlarına əngəl yaratmaq istəyir. NATO-nun hərbi imkanları Rusiyanınkından qat-qat yüksəkdir və alyans müharibəyə qatılarsa bu savaş dünya müharibəsinə çevrilmədən şimal qonşumuzun məğlubiyyəti ilə başa çata bilər. Ən azından NATO Bosniya müharibəsindəki kimi Ukraynanın hava məkanını bağlıya bilər. Demək ki, Ukraynanın "taleyi" Qərbi qətiyyən maraqlandırmır və məqsəd Rusiyanın müharibəni başlatma hədəflərinin qarşısını almaqdır. Əlbəttə ki, proseslər çox dinamik olduğu üçün birmənaı proqnozlar vermək mümkün olmasa da, mövcud reallıqları qiymətəndirərək belə qənaətə gəlmək olar ki, əgər məqsəd iqtisadi sanksiyalarla Rusiyanı çökdürməkdirsə, bu plan yaxın zamanda həyata keçə bilməyəcək, çünki sanksiyalara tab gətirmək üçün Rusiyanın ən azı 2-3 illik müqavimət gücü var, Ukrayna üçün isə bu müddət təəssüf ki keçərli olmadığı üçün, Kremlin zəfər imkanları daha real görünür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB