Rusiyanın Ukrayna işgalının 16-cı günündə ukraynalıların müqaviməti və beynəlxalq ictimaiyyətin təzyiqi rus əsgərlərinin mühasirəni başa çatdırmamasına səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bölgədə temperaturun mənfi 20 dərəcədən aşağı düşəcəyi açıqlanıb. Mütəxəssislər həddən artıq aşagı temperaturda rus tanklarını 40 tonluq donduruculara çevriləcəyini bildirib.
Bölgənin sonrakı günlərdə soyuq hava dalğaları və güclü küləyin təsirinə məruz qalacağı gözlənilir və bu vəziyyətin xüsusilə Kiyevi mühasirəyə almaq üçün bölgəyə gələn tank və zirehli texnika karvanına təsir edəcəyini açıqlanıb.
Rusiyanın işğal planının hava şəraitinə görə yarımçıq qala biləcəyini mütəxəssislər qeyd edir ki, əsgərlər ya tankları, zirehli texnikaları tərk etməli olacaqlar, ya da 40 tonluq dondurucularda oturacaqlar.
Günay İsmayıllı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB