"Azərbaycanla müttəfiq olan Rusiya və Azərbaycanla dost və tərəfdaş olan digər bir ölkə Ukrayna arasında savaş gedir. Təbii ki, bu savaşa münasibət birmənalı ola bilməz". Bu fikirləri SİA-ya açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
Onun sözlərinə görə, burada beynəlxalq hüquq normaları kobudcasına pozulub: "Beynəlxalq hüququn ən ali humanitar hüququ olan Cenevrə Konvensiyasının tələbləri pozulub və Ukrayna ərazisində çoxsaylı mülki şəxslərin ölümü ilə nəticələnən bu müharibə arzuolunan deyil. Bu müharibənin fəsadları təkcə Rusiya-Ukrayna münasibətlərinə deyil, həm də bütün dünyaya öz təsirini göstərir. Çünki Rusiyanın bu hərəkətlərinə qarşı dünyanın güc dövlətləri çox ciddi sanksiyalar tətbiq ediblər və bu sanksiyaların da ardı-arası kəsilmir. Müharibə dünyanın nizam tərəzisini pozur. Dünya dövlətləri arasında iqtisadi əlaqələr qırıldıqca bunun nəticələrindən əziyyət çəkən təkcə Ukrayna və Rusiya xalqları yox, bütün dünya xalqları olacaq. Nəzərə alaq ki, Rusiya tərəfində nüvə başlıqları hazır vəziyyətə gətirilib. Rusiya və Ukraynadan başqa dünya iqtisadiyyatına təsir edən bu müharibə həm də Azərbaycan üçün müəyyən qədər problemlər yarada bilər. Rusiya rublu öz dəyərini itirməyə başlayıb. Azərbaycan bu məsələdə hər iki dövləti sülhə çağırır. Həm də Azərbaycan Ukraynada zərər görən vətəndaşlara humanitar yardım göndərməklə birtərəfliyini qoruyub saxlayıb.
Azərbaycan Qoşulmama hərəkatının üzvüdür və burda hansısa bir dövlətin mövqeyindən çıxış etmək Azərbaycan üçün müəyyən problemlər yarada bilər. Biz yanlız dövlətləri sülhə çağırmaqla onları hərbi əməliyyatlardan çəkindirmək üçün danışıqlar apara bilərik. Bu hadisələrin fonunda Ermənistan siyasi həkimiyyəti Azərbaycanla sülh sazişinə hazır olduğunu, Zəngəzur dəhlizinin və kommunikasiya vasitələrin açılmasını, sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinə müsbət baxdığını açıqlamışdır. Bu da o deməkdir ki, artıq Ermənistan Rusiyadan kifayət qədər dəstək ala bilməyəcəyini anlayıb. Bu sevindirici haldır və qeyd etdiyim kimi Ermənistanın siyasi hakimiyyəti dünyada baş verən hadisələri, eyni zamanda Rusiya Ukrayna münasibətlərində baş verənləri özü üçün bir dərs çıxarıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB