Ukraynalılar gecəni metro stansiyalarında keçiriblər. SİA- nın xarici mətbuata istinadən verdiyi məlumata görə,
Rusiyanın hava hücumlarından qorxan ukraynalılar paytaxt Kiyev və Xarkov başda olmaqla metro stansiyalarında gecələyiblər.
Rusiyanın Ukraynaya hücumları davam edərkən, metro stansiyalarına sığınan insanlar yerə sərdikləri qəzet və adyalların üstündə yatmağa çalışıblar. Stansiyalarda çox sayda qoca, qadın və uşaqların olduğu, insanlara su və ərzaq yardımının edildiyi bildirilib.
Rusiyanın işğalı altında olan Xarkov şəhərinin meri İqor Terehov xalqın sığındığı metro stansiyasına gedərək xalqı sağlam düşüncə nümayiş etdirməyə çağırıb. Terehov qeyd edib ki, saat üçdə bomba şəhərə düşən kimi sizə zəng etdim ki, metro stansiyalarına enin: " Qatarların və metroların hərəkətini dayandırmağı əmr etdim və Xarkov əhalisindən metro stansiyalarını tərk etməməyi xahiş etdim".
Günay İsmayıllı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB