Rusiya düyünü açmağa kömək edəcək hər kəslə görüşə hazırdır - KREML

Kremlin sözçüsü Dmitri Peskov qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşməyə hazırdır, lakin ilk növbədə bu görüşün məqsədi aydınlaşmalıdır. SİA xəbər verir ki,bu sözləri Dmirtri Peskov deyib.

Kremlin sözçüsü qeyd edir ki, Putinin Türkiyəyə gözlənilən səfərinin tarixi ilə bağlı qeyri-müəyyənlik davam edir: “Rusiya prezidenti Putinin Ukrayna lideri Zelenski ilə görüşə imtina etmir. Əgər bu görüş həqiqətən də ölkənin cənub-şərqindəki “düyünü” açmağa kömək edərsə, Putin istənilən şəxslə görüşməyə hazırdır”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə