Rusiya rəhbərliyi Ukrayna münaqişə ilə bağlı prezident Vladimir Putinlə görüşəcək. SİA xəbər verir ki, Ukraynaya müdaxilə ittihamlarını rədd edən Moskva, bununla belə Kiyevin NATO-ya üzv olmasına icazə verməmək kimi təhlükəsizlik öhdəlikləri istəyir. Bu zəmanət tələbini rədd edən Qərb ölkələri isə silahlara nəzarət kimi məsələləri müzakirə etməyə hazırdır. Peskov son açıqlamasında Qərb ölkələrinin bu tələblər barədə danışmağa “üstünlük vermədiyini” vurğulayıb.
Digər tərəfdən Makronun Rusiya səfərindən əvvəl ABŞ prezidenti Co Baydenlə görüşdüyü açıqlanıb. Ağ evdən bəyanat verilib: “Liderlər Rusiyanın Ukrayna sərhədində hərbi birləşmələrə qarşı davam edən diplomatik və çəkindirici səylərini müzakirə ediblər”.
Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyin vacibliyini vurğulayan liderlər Ukrayna, onun müttəfiqləri və tərəfdaşları ilə danışıqları davam etdirməyə razılaşıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB