Münaqişənin diplomatik həlli Makron-Putin danışıqlarındadır

Fransa prezidenti Emmanuel Makronun fevralın 7-də Rusiyaya, 8-də isə Ukraynaya səfər edəcəyi açıqlanıb. SİA xəbər verir ki, bu barədə rəsmi açıqlama Fransadan edilib.

Ukrayna-Rusiya münaqişəsinin diplomatik həlli üçün liderlərin təşəbbüsləri davam edir.

Yanvarın 28-də və 31-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı edən Makron Rusiya-Ukrayna sərhədində gərginləşən münaqişəyə diplomatik həll yolu tapmaq üçün Rusiyaya səfər etmək variantını nəzərdən qaçırmayacağını bildirib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə