“Onları sərhəd kənarında əzməsəydik, bu gün burada ola bilməzdik”

Paytaxt Ankarada Türkiyə Gənc İş Adamları Konfederasiyası (TÜGİK) toplantısında iştirak və çıxış edən Ərdoğan deyib...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 1-də təşkil edilən “Qış qartalı” hərəkatı ilə əlaqədar "3 ayrı-ayrı nöqtədə hədəfləri bombaladıq, terrorçular qaçacaq dəlik belə tapa bilmədilər" dedi.

SİA xəbər verir ki, paytaxt Ankarada Türkiyə Gənc İş Adamları Konfederasiyası (TÜGİK) toplantısında iştirak və çıxış edən Ərdoğan deyib: “İraq və Suriyanın şimalında terrorçularun baza olaraq istifadə etdikləri Derik, Sincar və Karacak bölgələrindəki PKK yuvalarına qarşı 1 fevral gecəsi "Qış qartalı" hava hərəkatı təşkil etdik. 3 ayrı-ayrı nöqtədə hədəfləri bombaladıq, terrorçular qaçacaq dəlik belə tapa bilmədilər. Onları sərhəd kənarında əzməsəydik, şəhərlərin əmin-amanlığını təmin edə və bu gün burada ola bilməzdik.

Türkiyəni tamamilə öz modeliylə, öz gücüylə, öz proqramıyla dünyanın ən böyük ən 10 iqtisadiyyatı edəcək keçiddəyik.

Cümhuriyyətimizin qurulmasının 100-cü ildönümü olan 2023-cü ilin eşiyindəyik.

Türkiyənin dünyanın qabaqcıl istehsal və ixracat mərkəzlərindən birinə çevirmə müddətini yaşayırıq.

2021-ci ili 225 milyard dolları keçən tariximizin ən yüksək ixracatıyla bağladıq. Bu il ixracatımızı daha irəliyə aparacağıq.

Türkiyə artıq dünyanın ən qabaqcıl istehsal bazalarından biridir."

Bütün xəbərlər Facebook səhifəmizdə