Amerika Ukraynaya əsgər göndərir? AMERİKA PREZİDENTİ AÇIQLADI

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin Ukraynanı işğal edəcəyi təqdirdə ona qarşı sanksiyalar tətbiq edə biləcəyini bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Co Bayden paytaxt Vaşinqtonda səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən bu fikirləri deyib.
Jurnalistin “Putin Ukraynaya işğal edərsə, ona qarşı sanksiyalar tətbiq edərdinizmi" sualına "Bəli" cavabı verən Amerika prezidenti Bayden NATO-nun şərq qanadında olan ölkələrin müdafiəsi üçün 8500 Amerika əsgərinin hazır vəziyyətdə olduğunu və bu əsgərlərin bir hissəsinin yaxın gələcəkdə Avropaya keçə biləcəyini ifadə edib.

Bayden qeyd edib ki, heç bir NATO ölkəsindən qorxmamaq lazımdır: "Biz NATO olaraq onların müdafiəsinə gələcəyik. Ukraynaya mümkün müdaxilənin Rusiya üçün iqtisadi nəticələri olacaq. Ukraynada Amerika və ya NATO əsgərlərini yerləşdirmək planımız yoxdur".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə