Avstriya parlamenti məcburi Covid-19 peyvəndi ilə bağlı qanunu təsdiqləyib

Avstriya parlamentinin aşağı palatası dünən 137 lehinə olmaqla Covid-19 peyvəndini məcburi vurulmasını qanuniləşdirmək üçün daha bir addım atıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qərar, federal parlament tərəfindən qəbul olunarsa, peyvənd fevralın 1-dən məcburi olacaq və peyvənd olunmayanları 3600 avroya qədər cərimə gözləyir.

Peyvənd olunan hər 10 nəfərdən biri 500 avroluq çek udmaq şansına sahib olacaq. Bu çeklər yerli iqtisadiyyatı gücləndirmək üçün yerli restoranlara, bazarlara, mədəni fəaliyyətlərə və xidmət sektorlarına xərclənə bilər. Qanunun Federal Şuranın səsverməsindən sonra qüvvəyə minməsi gözlənilir.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə