Covid-19, Afrikada endemik xəstəliyə çevrilə bilər

Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin direktoru dr.Con Nenqasonq, yeni növ koronavirusun peyvənd edilməməsi səbəbindən Afrika üçün endemik xəstəliyə çevriləcəyindən narahat olduqlarını söyləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Nenqasonq, həftəlik mətbuat konfransında, “Omikron” variantının yayılması ilə qitədəki hadisələrin son bir ayda yüzdə 36, ölənlərin sayında isə yüzdə 8 artım olduğunu bildirib. Xəstəliyə qarşı müqavimət üçün peyvəndin 3-cü dozasının əhəmiyyətinə toxunan Nenqasonq, qitədə peyvənd nisbətinin yaratdığı risklərə diqqət çəkib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə