Dünya üçün böyük təhlükə yaxınlaşır

Beynəlxalq Təbiəti Mühafizə İttifaqı dünyada 1 milyondan çox bitki və heyvan növünün nəsli kəsilmək təhlükəsi ilə üzləşdiyini açıqlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yazılı açıqlamada, hələ də nəsli kəsilmək təhlükəsi altında olan bitki və heyvan növləri ilə bağlı qiymətləndirmələr aparılıb. Açıqlamada vəhşi təbiətdəki 8400 bitki və heyvan növünün həyat təhlükəsi altında olduğu, 30 minə yaxın növün isə qorunmadığı bildirilib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə