Hollandiyada yoluxma sayı rekord həddə çatdı

Hollandiyada son 24 saatda 16 min 364 nəfərə yeni növ Covid-19 diaqnozu qoyulub. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu, epidemiya başlayandan bəri ölkədə qeydə alınan ən yüksək gündəlik yoluxma halıdır.

Hökümət, noyabrın 2-dən sonra virusa yoluxanlarının sayının artması səbəbi ilə maska ​​və məsafə qanununun geri gətirildiyini və Covid-19 pasportu tətbiqinin genişləndiriləcəyini bildirib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə