Məşhur aktyorun təcavüzü illər sonra üzə çıxıb FOTO

İllərdir müzakirə mövzusu olan ABŞ aktrisası Natali Vuda cinsi təcavüz edən məşhur aktyorla bağlı həqiqət üzə çıxıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ aktrisası Natali Vuda cinsi təcavüz edən məşhur aktyorun kimliyi illər sonra məlum olub. Aktrisanın bacısı həmin aktyorun Kirk Duqlas olduğunu açıqlayıb. Üç dəfə “Oskar”a namizəd olan Lana Vud, yazdığı “Kiçik bacı” kitabında 1955-ci ildə məşhur aktyor Kirk Duqlasın 16 yaşlı Natali Vuda cinsi təcavüz etdiyini iddia edib. Lana Vud, illərdir Natali Vudu zorlayan məşhur aktyorun kimliyini müzakirə edərkən bu faktı bacısının istəyi ilə gizlətdiyini bildirib.

Qeyd edək ki, dünya şöhrətli Kirk Duqlas kinoda bir çox rolları ilə məşhurdur. O, “Spartak” və “Detektiv tarixi” filmlərində rol oynayıb. Məşhur Hollivud aktyoru 103 yaşında vəfat edib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə