Avropa Birliyi döymə və qalıcı makyaj mövzusunda yeni qanunlar tətbiq edib Araşdırma

Avropa Birliyi tatuirovka və qalıcı makiyajda istifadə edilən zərərli kimyəvi maddələrlə bağlı bəzi sərt qaydalar tətbiq etməyə başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, araşdırmalarda döymə və qalıcı makiyajda istifadə edilən kimyəvi maddələrin xərçəngə, reproduktiv və genetik problemlərə səbəb olduğu, dəri, göz, qaraciyər və limfa düyünlərinə zərər verdiyi müəyyən edilib. AB Komissiyası 2022-ci ilin yanvar ayından etibarən 4000-dən çox təhlükəli kimyəvi maddənin istifadəsini qadağan etmək qərarına gəlib. Bu çərçivədə qalıcı makiyaj və döymə sənətçilərinin mavi və yaşıl mürəkkəbdən istifadəsinə icazə verilməyəcək. Qadağa növbəsinin daha sonra digər rəng piqmentlərinə də gələ biləcəyi bildirilib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə