Bura “Pişik Muzeyi”dir - FOTOLAR

Tehrandakı qeyri-adi "Pişik Muzeyi" insanların pişiklərlə əlaqəsini gücləndirir. SİA xarici mətbuata istinadən bildirib ki, İranın paytaxtı Tehrandakı "Pişik Muzeyi" insanlara balaca dostlarımız haqqında məlumat verməyə xüsusən də uşaqların heyvanlara sevgi bəsləməsinə kömək edir.

İki il əvvəl Tehranın bulvarında təxminən 200 kvadrat metrlik bir sahədə açılan və divarları pişik rəsmləri ilə bəzədilmiş muzey, eyni zamanda, müxtəlif növ onlarla pişiyə ev sahibliyi edir. Muzeyin rəhbəri Hüseyin Hemledari “Buranı qurmaqda məqsədimiz ilk növbədə bir mədəniyyət yaratmaq idi. Əsrlər boyu pişiklərlə yaşadıq, amma onları çox da yaxşı tanımırıq. Pişikləri daha yaxından tanımaq və onlar haqqında öyrənmək üçün belə bir fikir hazırladıq”.

Muzeydə qonaqları salamlayan 30 -a yaxın pişik var. İran Mədəniyyət Nazirliyinin icazəsi ilə açılan 2 mərtəbəli muzeyin bir hissəsi ziyarətçilərin xoş vaxt keçirmələri üçün kafe üçün ayrılıb və pişik şəkilləri ilə təchiz olunub.

Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə