Selfie ulduzu Qorilla həyatını itirib

Qorilla olaraq tanınan Ndakasi, 14 yaşında selfi çəkərkən ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Ndaskasi, onu 14 il əvvəl tapan baxıcısının qucağında ölüb.

Ndakasinin yaşadığı Afrikanın ən qədim parklarından biri olan Virunga Milli Parkı, qorilla son şəklini paylaşarkən Baumanın qucağında öldüyünü bildirib. "Ndakasi, son nəfəsini baxıcı və ömürlük dostu Andre Baumanın sevgi dolu qucağında verdi" deyilib.

Parkın rəhbəri Bauma, 2007-ci ildə Ndakasini bala olaraq tapıb. Bauma Ndakasini tapanda ovçuların öldürdüyü anasını axtardığını və heç kimin ona sağ qalma şansı vermədiyini bildirib.

Ndakasini tapanda 2,4 kiloqram ağırlığında olduğunu qeyd edən Bauma, buna baxmayaraq qorillanın həyatını qoruya bildiyini, 65 kiloqrama çatdığını və sağlam bir həyat sürdüyünü vurğulayıb.

Ndakasinin onu ailəsi olaraq gördüyünü söyləyən Bauma "Məni görəndə qaçıb qucağıma tullanırdı. Bunu anası ilə də edirdi" - deyib.

Rüqəyya Orucova

Müəllif: Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə