Rusiyada 22 mindən çox yeni yoluxma qeydə alınıb

Rusiyada koronavirusa yoluxanların sayı 7,4 milyon nəfərə yaxınlaşır.

SİA-nın məlumatına görə, ötən gün ölkədə 22 041 yeni yoluxma qeydə alınıb.

Eyni zamanda, 822 nəfər həyatını itirib. Bununla da Rusiyada koronavirusdan ölənlərin sayı 203 095 nəfərə çatıb.

Qeyd edək ki, ötən gün Rusiyada gündəlik ölüm halında ən yüksək göstərici qeydə alınmışdı. Sentyabrın 24-də 828 nəfərin vəfat etdiyi açıqlanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə