Ermənistanda koronavirusa yoluxanların sayı 257 620-yə çatıb

Ermənistanda daha 1 066 nəfər COVID-19-a yoluxub. SİA xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 257 620-yə çatıb. Son sutkada koronavirusdan 23 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 5 239-a yüksəlib.

Koronavirusa yoluxan 239 113 nəfər sağalıb. Hazırda 12 067 pasiyent müalicə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə