ABŞ ehtiyacı olan ölkələr üçün 500 milyon doza peyvənd alacaq

ABŞ və "Pfizer" şirkəti arasında ehtiyacı olan ölkələrə bağışalamaq üçün 500 milyon doza koronavirusa qarşı peyvəndin alınması ilə bağlı danışıqlar aparılır.

SİA-nın məlumatına görə, bu barədə "Bloomberg" agentliyi mənbəyə istinadən xəbər verib.

Məlumata əsasən, Cozef Bayden Administrasiyası və Almaniyanın "BioNTech" şirkəti ilə ilə birlikdə peyvənd istehsal edən "Pfizer" şirkəti arasındakı müqavilə yaxın günlərdə bağlana bilər.

Bildirilir ki, müqavilə barədə sentyabrın 22-də baş tutacaq COVID-19 üzrə sammitdən öncə məlumat verilməlidir.

Qeyd edilir ki, alınacaq 500 milyon doza peyvənd "COVAX" mexanizmi vasitəsilə ehtiyacı olan ölkələr arasında bölüşdürüləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...