İngiltərədə 56 yaşlı cütlük həyatlarını kimsəsiz uşaqlara həsr edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 620 uşağın himayədar ailəsi olan cütlük təqaüdə çıxıb. İngiltərədə Pauline (81) və Roger Fitter (86) cütlüyü 56 il ərzində 620 uşaq böyüdüblər. Beş övladı da olan cütlük, dörd otaqlı evlərində bir anda 11 uşağa qədər himayədar ailə olublar. Cütlüyə görə, bu qədər uşaqla məşğul olmağın ən yaxşı yolu, hamısına bərabər münasibət göstərməkdir. Evdə paltar və yemək ayrılmasına icazə vermədiklərini söyləyirlər. Bu cütlük təqaüdə çıxıb. Cütlük qayğı göstərdikləri bütün uşaqların adlarını xatırlayır. Bu şəkildə cütlüyün xatirələrinin güclü olduğunu bildirən böyük bir ailə albomu var. Fitter cütlüyü deyir: "Bağdakı oyun meydançasının sakitliyinə hələ alışmamışıq".

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə