“Kiyevdən eyni siyasi iradəni görmürük” - PESKOV

Kremlin sözçüsü Dmitriy Peskov Krımın Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Vladimir Zelenski arasındakı görüşün mövzusu ola bilməyəcəyini bildirib.SİA xəbər verir ki, Peskov qeyd edib ki, bu səbəbdən də görüş üçün heç bir irəliləyiş yoxdur. Bu barədə Peskov "Rossiya 1" televiziyasında danışıb: “Krım Rusiyanın torpağıdır. Bu mənada danışıqlar üçün heç bir gündəm ola bilməz”.

Putinin görüşməyə hazır olduğunu açıq şəkildə ifadə etdiyini vurğulayan Peskov bildirib ki, bu gün Rusiya-Ukrayna münasibətlərinin vəziyyəti pisdir: “Əlbəttə ki, nəzəri olaraq münasibətləri düzəltmək lazımdır. Amma hələlik Kiyevdən eyni siyasi iradəni görmürük". Peskov bildirib ki, Zelenski ilə ABŞ prezidenti Co Bayden arasındakı görüşün nəticələrini "Ukraynanın Rusiyaya qarşı çevrilməsi" layihəsinin davamı kimi xarakterizə etmək olar: "Ukraynanın NATO-ya daxil olması Rusiya üçün təhlükə yaradır".

Peskov qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü Rusiya üçün təhlükədir, çünki bu halda hərbi infrastruktur Rusiya sərhədlərinə yaxınlaşacaq.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə