Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov Ukrayna prezidenti Zelenskinin rusiyalı həmkarı Putinlə görüşə hər zaman hazır olduğunu bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyin xəbərə görə, mətbuat katibi Sergey Nikiforov "Sputnik"-in suallarını cavablandırıb.
Liderlər arasında mümkün bir görüş üçün hər hansı bir müzakirə və ya hazırlıq olub-olmadığı sualına cavab verən mətbuat katibi qeyd edib ki, prezidentimiz bir neçə dəfə görüşməyə hazır olduğunu bildirib.
Bundan əvvəl həm Moskva, həm də Kiyev Putinlə Zelenski arasında bir neçə dəfə danışıqlar təşkil etmək üçün səy göstərildiyini açıqladı.
Kremlin sözçüsü Dmitriy Peskov, iyul ayında verdiyi açıqlamada, Putin və Zelenski ilə görüşə hazırlıq işində irəliləyişin olmadığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB