Ukraynadan Rusiya mətbuatına qadağan tətbiq edildi UKRAYNA PREZİDENTİ
Ukrayna Prezidenti Vladimir Zelenskiy Rusiyanın dövlət telekommunikasiya operatoru "Rostelekom", "Vedomosti" , "Moskovskiy" , "Komsomolets" qəzetləri də daxil olmaqla, 12 Rusiya təsisatına sanksiya tətbiq etdi. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Prezident Administrasiyasından verilən açıqlamada deyilir. Zelenskiy 12 Rusiya təsisatına qarşı sanksiyaların tətbiq edilməsi haqqında fərmanı imzaladı.
Sanksiyalar siyahısına daxil olan şirkətlər "Business News Media", "Vedomosti qəzeti", "TRK-3", "Tarixi Perspektiv Araşdırma Vəqfi", "Vzaimopomoş Xeyriyyə Cəmiyyəti", "Novinfo", "Naşe Zavtra", "Light-print", "Narodniye Novosti" şirkətləridir.
"Rostelekom", "Moskovskiy Komsomolets" və "Novinfo"ya yalnız veb saytlara girişi məhdudlaşdırmaq üçün icazə verildiyi halda, digər şirkətlərə də aktivləri dondurmaq, kommersiya əməliyyatlarını məhdudlaşdırmaq, kapital axını və telekommunikasiya xidmətlərinin göstərilməsini məhdudlaşdırmaq icazəsi verildi.
Ötən həftə Rusiya xarici işlər naziri Dmitri Kuleba və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovu da əlavə edərək Ukrayna vətəndaşlarına qarşı sanksiyaların siyahısını genişləndirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB