Almaniya Mərkəzi Bankı Covid-19 pandemiyası səbəbindən ölkənin iqtisadi nəticələrinə görə Almaniya iqtisadiyyatının bu il gözləniləndən daha az inkişaf edə biləcəyini açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Almaniya Mərkəzi bankın iqtisadiyyatla bağlı avqust ayı hesabatı dərc edilib. Hesabatda, Almaniya iqtisadiyyatının 2021-ci il üçün zəif bir başlanğıcdan sonra ikinci rübdə güclü bir şəkildə artdığı, lakin ölkədəki iqtisadi istehsalın 2019-cu ilin son rübündə hələ də Covid-19 səviyyəsindən 3.5 faiz aşağı olduğu ifadə edilib.
Hesabatda yaz aylarında iqtisadi istehsalın pandemiyadan əvvəlki səviyyəyə çatıb-çatmadığının aydın olmadığı bildirilir və aşağıdakılar qeyd olunur: "Xidmət sektorundakı fəaliyyətlər çox güman ki, çox genişləndi. Ancaq istehsal sektorundakı təchizat qeyri-müəyyəndədir. Covid-19 pandemiyasının yaratdığı risklər reallaşacağı təqdirdə son rübdə iqtisadiyyata güclü təsir göstərəcək. Məsələn, Delta variantı və peyvənddə azalma tempi iqtisadi fəaliyyətdə daha sərt məhdudiyyətlərlə nəticələnə bilər. Bu, payızda iqtisadiyyata daha da böyük təzyiq göstərə bilər”.
Hesabatda deyilir ki, iqtisadi fəaliyyətlərə qoyulan məhdudiyyətlər, əvvəllər tətbiq edildiyi qədər ciddi olmayacaq, çünki peyvəndləmə pandemiya zamanı davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB