AB Türkiyədə tətbiq olunan peyvəndləri tanıyacaq

Avropa Birliyi Türkiyə də daxil olmaqla 3 ölkənin Covid-19 peyvəndi sertifikatlarını tanımaq qərarına gəlib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, səhiyyə naziri Fahrettin Koca Sinovac peyvəndi AB -də tanınmadığından, istəyənlərə 2 doz mRNA peyvəndi veriləcəyini açıqlayıb.

AB Komissiyasından edilən açıqlamada, Türkiyə, Şimali Makedoniya və Ukraynanın tətbiq etdiyi Covid-19 peyvəndi sertifikatlarına "ekvivalentlik" verilməsinə qərar verildiyi bildirilib.

Açıqlamada, qərarın 20 avqust tarixindən etibarən qüvvəyə minəcəyi və 3 ölkənin AB peyvənd sertifikatı sisteminə qoşulacağı, verdikləri peyvənd sertifikatlarının "AB Rəqəmsal Covid Sertifikatı" ilə eyni şərtlərə sahib olacağı ifadə edilib. Avropa Birliyi ölkələrində qəbul ediləcək.

Açıqlamada sözügedən 3 ölkənin AB tərəfindən verilən peyvənd sertifikatını tanıyacaqları və tətbiq ilə qarşılıqlı təhlükəsiz səyahət həyata keçirməyin daha asan olacağı ifadə edilib.

Sözügedən peyvənd sertifikatında ad, soyad, TR şəxsiyyət nömrəsi, doğum tarixi, tətbiq olunan peyvənd növləri, istehsalçılar və peyvənd tarixləri kimi müxtəlif məlumatlar var.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə