Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə rəsmi nümayəndəsi Cosef Borel Taliban ilə bağlı açıqlama verib. SİA xəbər verir ki, Cozef Borel açıqlamasında bildirib ki, Taliban müharibəni qazandı: “Onlarla danışmalıyıq”.

AB Xarici İşlər Nazirlərinin fövqəladə video konfransından sonra mətbuata açıqlamasında fikirlərini bildirib. Əfqanıstan xalqına dəstək verməyə davam edəcəklərini ifadə edən Borreldən bunun Talibanı tanımaq mənasına gəlib çatmayacağı soruşulub: "Taliban müharibədə qalib gəldi və onlarla danışmalıyıq. Taliblərin insan haqlarına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olmasını təmin etmək üçün bütün manevr güclərindən istifadə edəcəyik. Qadınlar, gənclər və azlıqlar da daxil olmaqla bütün Əfqanıstanların əsas hüquqlarına hörmətlə yanaşaraq sülh yolu ilə və əhatəli bir həllə çalışacağıq”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə