İqlim dəyişiklikləri bəşəriyyəti təhdid edir

Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə rəsmi nümayəndəsi Cozef Borrel son zamanlar Yunanıstanda və Türkiyədə baş verən yanğınların, Belçika və Almaniyadakı daşqınların iqlim dəyişikliyinə işarə etdiyini açıqlayıb. SİA xəbər verir ki, Cosef Borrelin verdiyi yazılı açıqlamada qeyd edib ki, iqlim dəyişikliyi bəşəriyyəti təhdid edir: "İqlim dəyişikliyi, əsas geosiyasi nəticələri ilə birlikdə, bəşər tarixində ən təhlükəli təhlükəsizlik problemdir. Önümüzdəki 10 il qlobal istiləşməni, 2015-ci ildə imzalanan Paris Sazişinin tələb etdiyi kimi, 2 dərəcənin altında saxlamaq üçün həlledici olacaq. Qlobal təsirlər olacaq. 1990-cı ilə nisbətən 2019-cu ildə istixana qazı tullantıları 24 faiz azalıb. Bu, o deməkdir ki, yalnız 2020-ci illərdə emissiyalarımızı əvvəlki 30 ildə etdiyimizdən daha çox azaltmalıyıq".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə