Aslanların sayı kəskin şəkildə azalıb

Dünya Heyvanları Müdafiə Cəmiyyətinin Vəhşi Təbiət Kampaniyası Meneceri Edith Kabesiime, "10 Avqust Dünya Aslan Günü" münasibətilə keçirilən onlayn bir toplantıda, qitədəki aslan populyasiyalarının son 25 ildə kəskin şəkildə azaldığını deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kabesiime toplantı zamanı deyib: "Bir çox aslan Afrikada yaşayış yerlərinin kiçilməsi, torpaq bölgüsü, vəhşi heyvan ticarəti, vəhşi heyvan ətinin qaçaqmalçılığı və humanitar qarşıdurmalar səbəbi ilə ölüb" .

Bu vəziyyət dəyişdirilmədiyi təqdirdə Afrikanın artıq heyvan həvəskarları üçün bir turizm mərkəzi olmayacağını ifadə edən Kabesiime, əyalətlərin vəhşi ticarətini dayandırmaq üçün sərt tədbirlər görməli olduğunu qeyd edib.

Afrikada 100 il əvvəl 200 min olan aslan populyasiyasının indi 20 minə düşdüyü təxmin edilir. Aslan populyasiyasının ən çox təhlükə altına düşdüyü bölgə Qərbi Afrikadır.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə