Gürcüstanda gündəlik yeni növ koronavirus hadisələrinin sürətlə artması səbəbindən açıq ərazilərdə maska taxmaq məcburiyyəti bərpa edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Baş nazir İrakli Qaribaşvilinin başçılığı ilə keçirilən Covid-19 ilə mübarizə üzrə koordinasiya yığıncağında ölkədə gündəlik artan hadisələrin sayı qiymətləndirilib.
Yığıncağın nəticəsi olaraq, hökumətin qərarı ilə, 5-dən çox adamın açıq ərazilərdə toplanması halında maska taxmaq məcburiyyəti olacaq.
Xatırladaq ki, Ölkədə 22 iyun tarixindən etibarən açıq ərazilərdə maska taxmaq məcburiyyəti ləğv edilib.
Müəllif: Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB