Maska ​​taxmaq məcburi olacaq

10 Avqust 2021 15:45 (UTC+04:00)

Gürcüstanda gündəlik yeni növ koronavirus hadisələrinin sürətlə artması səbəbindən açıq ərazilərdə maska ​​taxmaq məcburiyyəti bərpa edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Baş nazir İrakli Qaribaşvilinin başçılığı ilə keçirilən Covid-19 ilə mübarizə üzrə koordinasiya yığıncağında ölkədə gündəlik artan hadisələrin sayı qiymətləndirilib.

Yığıncağın nəticəsi olaraq, hökumətin qərarı ilə, 5-dən çox adamın açıq ərazilərdə toplanması halında maska ​​taxmaq məcburiyyəti olacaq.

Xatırladaq ki, Ölkədə 22 iyun tarixindən etibarən açıq ərazilərdə maska ​​taxmaq məcburiyyəti ləğv edilib.