Çinin Hubei əyalətində, koronavirus epidemiyasının ilk görüldüyü Vuhan şəhərində, təqribən 14 aydan sonra avqustun üçündə üç yoluxma aşkar edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Vuhan Bələdiyyə Hökuməti Baş Katibinin müavini Li Tao mətbuata verdiyi açıqlamada 11.3 milyon əhalisi olan şəhərdə kütləvi testlərin tətbiqinə qərar verildiyini qeyd edib.

Demək olar ki, bütün şəhər yoxlanışdan keçirilib. Li çərşənbə axşamından bəri şəhər sakinlərinin demək olar ki, hamısının sınaqdan keçirildiyini qeyd edib. Vuhan Bələdiyyəsinin rəsmisi 6 yaşından kiçik uşaqların və yay tətili üçün şəhər xaricində olan universitet tələbələrinin testdən keçmədiyini bildirib.

Səlahiyyətlilər Vuhanda aparılan testlər zamanı 9 yeni hadisənin aşkarlandığını və bu insanların xəstəxanaya yerləşdirildiyini bildirib. Epidemiyaya qarşı tədbirləri artıran şəhər səlahiyyətliləri, uzun müddət yerli qaynaqlı hadisələrdən sonra üç avqustda bütün şəhərdə testlər keçirməyə qərar veriblər. Bütün məktəblərə və təhsil müəssisələrinə üzbəüz təhsil fəaliyyətlərini dayandırmaq və kampuslarında sağlamlıq yoxlamalarını artırmaq tapşırılıb. Metroda maska ​​taxmaq, qızdırmanı ölçmək və sağlamlıq izləmə kodlarını yoxlamaq öhdəliyi də daxil olmaqla, Kovid-19 əleyhinə tədbirlər artırılıb. Çinin Milli Sağlamlıq Komissiyası, son 24 saat ərzində 81-i yerli mənbələrdən olan 96 Kovid-19 hadisəsinin ölkə daxilində aşkarlandığını bildirib.

Ölkədə epidemiya başlayandan bəri 93 min 701 hadisəyə rast gəlinib, 4 min 636 nəfər isə virusdan ölüb. 14 may -1 iyun 2020 -ci il tarixlərində Vuhanda 9 milyon 890 min insan test edilib.

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə