Avropa Birliyindən Türkiyəyə yardım

Avropa Birliyi (AB) Türkiyədəki yanğınlarla mübarizəni dəstəkləmək üçün 3 yanğınsöndürmə təyyarəsinin göndərəcək.
SİA xəbər verir ki, AB-dən edilən açıqlamaya görə, Türkiyəyə Xorvatiyadan 1 "Canadair" və İspaniyadan 2 "Canadair" təyyarəsi göndərmək üçün hərəkətə keçdiyi bildirilib. Bu yanğınsöndürmə təyyarələrinin "xilasetmə" adlı Avropa mülki müdafiə aktivləri arasında olduğu və AB -nin Fövqəladə Hallara Müdaxilə Koordinasiya Mərkəzinin Türkiyə səlahiyyətliləri ilə müntəzəm təmasda olduğu deyilir.
AB Komissarı Janez Lenarcic, AB -nin bu çətin günlərdə Türkiyə ilə tam həmrəy olduğunu ifadə edib: "Daha çox kömək etməyə hazırıq".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə