İndoneziyanın Sulavesi adası yaxınlığında 6,2 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, episentri Sulavesinin Luvuk sahil şəhərindən 97 kilometr qərbdə olan zəlzələnin 10.7 kilometr dərinlikdə qeydə alındığı bildirilib.

İlkin məlumatlara görə, zəlzələdə can və ya mal itkisi olmayıb.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə