Gürcüstanda koronavirusa 2 061 yeni yoluxma qeydə alınıb

Gürcüstanda ötən sutkada daha 2 061 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 1 654 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Son 24 saatda daha 23 nəfər vəfat edib.

Qonşu ölkədə indiyədək 402 759 nəfərin COVID-19-a yoluxduğu müəyyən olunub. Onların 373 088-i sağalıb, 5 688-i isə ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...