Covid-19-dan atasını və anasını itirən uşaqların - SAYI AÇIQLANIB

İki ilə yaxındır ki, Covid-19 pandemiyası davam edir. Covid-19 səbəbindən bu günə qədər dünyada ən azı 1,5 milyon uşaq yetim qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu statistika “The Lancet” jurnalında yayımlanan araşdırmada məlum olub.

Pandemiyanın ilk 14 ayında təqribən 1,5 milyon uşaq pandemiya nəticəsində ya valideynini, nənəsini, ya da digər birinci dərəcəli qohumunu onlara qayğı göstərən yaxınlarını itirib. Araşdırma dünyada Covid-19 ölümlərinin 77%-ni təşkil edən 21 ölkəyə əsasən aparılıb.

2020-ci ilin mart ayının 1-dən 2021-ci ilin aprel ayının 30-u arasında 1 milyon 134.000 uşaq, ən azı valideynlərindən birini və ya bir nənə və baba da daxil olmaqla birinci dərəcəli qohumunu itirib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə