İranın cənubundakı Fars əyalətində 5.7 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, episentri Fars vilayətinin Kazirun rayonunun Haşt qəsəbəsində olan zəlzələ yerli vaxtla 19.04-də qeydə alınıb. Zəlzələnin 11 kilometr dərinlikdə baş verdiyi bildirilib.

Qeyd edək ki, zəlzələdə ölən və yaralananlar, eləcə də şəxsi mülkə dəymiş ziyan barədə hələlik bir məlumat verilməyib.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə