ABŞ Senatı Canet Yelleni ölkənin maliyyə naziri kimi təsdiqləyib

ABŞ Senatı Canet Yelleni ölkənin maliyyə naziri kimi təsdiqləyib. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, Yellenin namizədliyi üzrə səsvermə Senatın internet saytında canlı olaraq yayımlanıb. O, nazir kimi təsdiqlənməsi üçün senatorların yarısı ilə bərabər daha birinin səsini toplayıb. Bundan əvvəl Yellenin namizədliyini ixtisas komitəsi də tövsiyə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...