ABŞ rəsmiləri məlumatı təsdiqləyiblər…

Venesuela Rusiya və Çin şirkətlərindən bəzi neft yataqlarını ABŞ-a köçürəcək
ABŞ rəsmiləri məlumatı təsdiqləyiblər…

...SİA-nın əldə etdiyi məlumata görə, iki ABŞ rəsmisi bildirib ki, Amerika neft şirkəti olan North American Blue Energy Partners (NABEP) Venesuelada əvvəllər bir neçə Çin və bir Rusiya şirkəti tərəfindən idarə olunan neft yatağlarına nəzarəti ələ keçirəcək.

Onların sözlərinə görə, bu layihələr North American Blue Energy Partners şirkətinə verilən 14 yeni müqavilə arasındadır.

ABŞ prezidenti Donald Tramp cümə günü Karakasla Vaşinqtona Venesuelanın geniş neft yataqlarının beşdə birinə nəzarəti verəcək bir müqavilə elan etdi.

Rəsmilərin sözlərinə görə, 14 yatağın beşi Nikolas Maduronun hakimiyyəti dövründə qurulmuş model çərçivəsində Çin şirkətləri tərəfindən, digər bir layihə isə əvvəllər Rusiya şirkəti tərəfindən idarə olunurdular.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə