Rusiya Hərbi Hava Qüvvələri Ukraynanın paytaxtı Kiyev şəhərində dəmir yolu deposuna və digər dəmir yolu obyektlərinə ballistik raketlərlə zərbə endirib. Hava hücumu nəticəsində 7 nəfər həlak olub, onlardan 6-sı dəmiryol işçisidir.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Ukrayna Dəmir Yolları”nın (“Ukrzaliznitsya”) rəhbəri Aleksandr Pertsovski məlumat verib.
“Yaralanan bir həmkarımız xəstəxanadadır. Əməkdaşlarımız ona lazımi köməyi göstərirlər. Onlarla əməkdaş sığınacaqlarda gizlənərək xilas ola bilib. Onlara hadisənin şokundan çıxmaları üçün kömək edirik”, - o bildirib.
Pertsovski vurğulayıb ki, Rusiyanın zərbələri nəticəsində irimiqyaslı dağıntı baş verib, ərazidə yanğın hələ də davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB