Suriyanın cənubundakı Əs-Süveyda vilayətinin inzibati mərkəzində ərəb tayfalarının silahlı dəstələri ilə druzların özünümüdafiə qüvvələri arasında baş verən atışma nəticəsində 2 dinc sakin ölüb, daha 2 nəfər yaralanıb. Bu barədə "Sham TV" məlumat yayıb.
Məlumata görə, hökumət qüvvələrinin dəstəklədiyi ərəb tayfalarının silahlı dəstələri şəhərin qərb ətrafına, Tell Hədid təpəsindən minaatanlarla atəş açıb. Druzların özünümüdafiə qüvvələri isə buna cavab olaraq qarşı tərəfin mövqelərinə zərbələr endirib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB