"Onun Serbiyada ölməsinə qəsdən imkan verilmədi" -Vuçiç

"Onun Serbiyada ölməsinə qəsdən imkan verilmədi" -Vuçiç

Haaqa məhkəməsi Bosniya serbləri ordusunun keçmiş komandanı, general Ratko Mladiçin Serbiyada ölməsinə qəsdən imkan verməyib.

TASS xəbər verir ki, bunu ölkə Prezidenti Aleksandar Vuçiç bildirib.

"Onlar onun özünün istədiyi kimi Serbiyada ölməsini istəmirdilər. Bu, görünməmiş, qeyri-sivil bir addımdır. Bu günlərdə region ölkələrindən, ölkə daxilindən və bütün dünyadan ən güclü təzyiqlə üzləşirəm", - deyə Vuçiç Osçina bələdiyyəsinə səfəri zamanı jurnalistlərə bildirib.

Vuçiç həmçinin bildirib ki, Mladiçin ailəsi istəsə, Belqrad onun layiqli dəfnini təşkil edəcək.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə