"Bu zərbələr sadəcə terror hücumudur" - Zelenskidən PAYLAŞIM

"Bu zərbələr sadəcə terror hücumudur" - Zelenskidən PAYLAŞIM

Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında Rusiyanın hücumları barədə paylaşım edib. SİTAT: "Ruslar Krivoy Roqdakı bir ticarət mərkəzinə xaincəsinə hücum ediblər. İkinci zərbə birinci zərbədən təxminən yarım saat sonra - təcili yardım xidmətləri hadisə yerində işləyərkən endirilib. Bu cür zərbələr sadəcə terror hücumudur. Dünya təcavüzkara adekvat təzyiq göstərərək reaksiya verməlidir."

Qeyd edək ki, son məlumata görə, Rusiyanın Krivoy Roqda ticarət mərkəzinə hücumu nəticəsində 6 nəfər ölüb, 90 nəfər xəsarət alıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə