Türkiyədə keçmiş nazirin məzarı açılacaq - ŞÜBHƏLİ ÖLÜM

Türkiyədə keçmiş nazirin məzarı açılacaq - ŞÜBHƏLİ ÖLÜM

2016-cı ilin sentyabr ayında vəfat edən Türkiyənin keçmiş nəqliyyat naziri Arif Əhməd Dənizoğlunun şübhəli ölümü ilə bağlı aparılan istintaqda mühüm addım atılıb və onun məzarının açılmasına qərar verilib.

Türkiyə KİV-lərində yer alan məlumata görə, bu qərar çərçivəsində Arif Əhməd Dənizoğlunun məzarı açılacaq və ölüm səbəbi ilə bağlı yenidən məhkəmə-tibbi araşdırma aparılacaq.

Beləliklə, siyasətçinin illərdir müzakirə mövzusu olan ölümünün təbii səbəblərdən baş verib-vermədiyi, yaxud hər hansı xarici müdaxilənin olub-olmadığı elmi və məhkəmə ekspertizasının nəticələri nəzərə alınmaqla yenidən araşdırılacaq.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə