"İnanılmaz ikiüzlülük..." - Trampdan ŞOK paylaşım

"İnanılmaz ikiüzlülük..." - Trampdan ŞOK paylaşım

"İranın dəniz blokadası Tehran Vaşinqtonla saziş bağlayana və ya təslim olana qədər davam edəcək."

SİA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" şəbəkəsində yazıb.

Onun sözlərinə görə, İran rəhbərliyi "inanılmaz ikiüzlülük" nümayiş etdirir, çünki ABŞ ilə danışıqlardan imtina etdikləri barədə açıq bəyanatlar verməsinə baxmayaraq, Tehran görüşlərin keçirilməsinə nail olmağa davam edir və ABŞ tərəfi ilə əlaqə saxlayır. "Onlar görüşün keçirilməsini xahiş edirlər. Danışıqlar başlayır, yaxın vaxtlarda yeni görüşlər planlaşdırılır, lakin onlar açıq şəkildə və qürurla bəyan edirlər ki, heç bir müzakirə aparmırlar və yalnız Omanla təmasdadırlar", - o yazıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə