Ermənistan hökuməti texniki olaraq parlamentin ilk iclasından əvvəl istefa verəcək.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında bildirib ki, Ermənistan hökuməti yeni parlamentin iclasından əvvəl istefa verəcək.
“Bu, 9-cu çağırış Milli Məclisin yaradılması ilə bağlı son görüşümüzdür”, - deyə Ermənistanın Baş naziri bildirib.
Konstitusiyaya görə, kabinet istefa verir və bundan sonra prezident parlament səs çoxluğu ilə irəli sürülən namizədi baş nazir təyin edir.
Ermənistan Milli Assambleyası avqustun 2-də işə başlayır. Yeni hökuməti o formalaşdıracaq.
Müəllif: Günel Fərzəliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB