Qazaxıstan parlamentində 145 yer uğrunda 545 nəfər mübarizə aparacaq

Qazaxıstan parlamentində 145 yer uğrunda 545 nəfər mübarizə aparacaq

Qazaxıstan Mərkəzi Seçki Komissiyası (MSK) parlament namizədlərinin partiya siyahılarının qeydiyyatı prosesini başa çatdırıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, qeydiyyatdan keçmiş siyasi partiya siyahılarına 545 namizəd daxil edilib.

Onlar 145 parlament yeri uğrunda mübarizə aparırlar.

Qadınlar, gənclər və sağlamlıq imkanları məhdud olan şəxslər namizədlərin ümumi sayının 43,9 faizini təşkil edib.

Xatırladaq ki, Qazaxıstan Respublikası Kurultay üzvlərinin seçkiləri avqustun 23-nə təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə